İsrailin Qəzza zolağında apardığı hərbi fəaliyyətlərdən əziyyət çəkən şəhər əhalisinə humanitar yardım edən ABŞ höküməti havadan şəhər üzərinə ərzaq və məişət əşyaları paketləri göndərib.
Ednews qərb mediasına istinadən xəbər verir ki, ABŞ tərəfindən Qəzza üzərinə göndərilən humanitar yardımların bir hissəsi dəniz hövzəsinə düşüb. Yardım paketlərini əldə etməyə çalışan 12 nəfər həyatını itirib.
Qeyd edək ki, bundan öncə də, Qəzzaya göndərilən yardımlardan xəsarət alaraq ölənlər olub.
Şəhər əhalisi göndərilən humanitar yardımların bir hissəsinin dənizdə itirildiyini bildirib.
Fərid