Ruisya prezidenti Vladimir Putin ölkənin Tver zonasında yerləşən hərbi bazada hərbçilərlə görüşü zamanı Qərbin Ukraynaya F-16 hərbi qırıcılarını verməsi haqqında fikir bildirib.
Ednews qərb mediasına istinadən xəbər verir ki, Putin üçüncü ölkələrin ərazisində F-16 təyyarələrinin uçması və təlim keçməsini Rusiya üçün təhdid adlandırıb. Onun sözlərinə görə, üçüncü ölkədə aparılan F-16 hərbi təlimləri Moskva tərəfində hədəf çevrilə bilər.
Prezident bildirib ki, hər hansı bir Avropa ölkəsindən Ukraynaya birbaşa hərbi təyyarə uçsa, Rusiya ordusu bununla bağlı ölçü götürəcək.
Xəbərə görə, Putin həm də F-16 təyyarələrinin Ukrayna cəhbəsində heç nəyi dəyişməyəcəyini bildirib. O vurğulayıb ki, SSRİ-nin parçalanmasından sonra Rusiya Federasiyasının təhlükəsizlik məsələləri ciddiyə alınsaydı bu hadisələr baş verməyəcəkdi.
Fərid