“Hökumətin Rusiyaya qarşı atdığı addımlar Ermənistanda ciddi narahatlıq yaradıb”.
Ednews xəbər verir ki, bu barədə "Hraparak" nəşrində qeyd edilib.
Nəşrdə qeyd olunur ki, baş verənlər hətta hakimiyyətlə yaxınlığı ilə tanınan iş adamlarını da ciddi düşünməyə vadar edib. Kremlə sadiq dairələr onlara qarşı əlavə məhdudiyyətlərin tezliklə elan ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Məlumata görə, qadağalar xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyana yaxın olan nəhəng oliqarxlara təsir edəcək.
Məhdudiyyətlərin siyahısı açıqlanmasa da, Rusiyadan idxal olunan məhsulların əlavə vergilərə və digər inzibati tədbirlərə məruz qalacağı güman edilir:
"Hazırda Rusiya hökuməti Ermənistanın iştirak edəcəyi Brüssel görüşünün nəticələrini gözləyir. Deməli, atılacaq növbəti addımlar məhz bu görüşdən sonra bəlli olacaq".
Əkbər