İsveçin Qöteborg şəhərində mənzillərin birinə atılan əl bombası 8 yaşlı bir uşağın ölümünə səbəb olub.
"Eurasia Diary" xarici mətbuata istinadən xəbər verir ki, həyatını itirən uşağın İngiltərənin Birmingham şəhərindən qohumlarını ziyarət etmək üçün Göteborga gələn Yusif Versame olduğu açıqlanıb.
Evə əl bombası atıldığı zaman evdə ən azı 5 uşaq olub.
Ağır yaralanan Yusif Versame xəstəxanaya aparılarkən həyatını itirib.
Hadisənin "qan davası"ndan qaynaqlandığını açıqlayan İsveç polisi hücumun ötən il eyni ərazidə bir nəfəri vuraraq öldürən şübhəlinin evində baş verdiyini bildirib.
2015-ci ildə burada yaşayan Somali əsillilər arasında qan davası səbəbilə silahlı toqquşma baş vermişdi. Hadisəylə əlaqədar olaraq səkkiz nəfərə 7 il ömürlük həbs cəzası verilmişdi.