Konyanın Ereğli rayonunda boş tapança ilə havaya atəş açan, sərxoş vəziyyətdə olan və müxtəlif cinayətlərin qeydləri olan 4 Suriya vətəndaşı deportasiya olunmaq üçün İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Ereğli Təhlükəsizlik Müdirliyi qruplarına dünən Toros rayonunda silah səslərinin eşidildiyi barədə məlumat daxil olub.
Bunun üzərinə qruplar ünvana gedərək Suriya vətəndaşı olan 4 nəfərin boş tapançadan havaya atəş açdığını müəyyən ediblər.
Sərxoş vəziyyətdə olduğu və müxtəlif cinayətlərin qeydləri olan 4 nəfər “ümumi təhlükəsizliyə qəsdən təhlükə törətmək” maddəsi ilə saxlanılıb.
Polis bölməsindəki əməliyyatlardan sonra 4 nəfər deportasiya olunmaq üçün İl İmmiqrasiya İdarəsinə təhvil verilib.
Xəyal Ramiz