"Haber Global": Helikopterin qalıqları onun qəzaya uğradığını sübut edir

Dünya 18:35 20.05.2024

"Haber Global" İran Prezidenti İbrahim Rəisi və nümayəndə heyətinin həlak olduğu helikopter qəzasının səbəblərinin araşdırılması ilə əlaqədar veriliş hazırlayıb.

Ednews xəbər verir ki, verilişin qonaqları mühəndis pilot Ahmet İzgi, İstanbul Gelişim Universitetinin doktorantı Ali Semin və Çağ Universitetinin müəllimi, professor Murat Koç olublar.

Mühəndis Pilot Ahmet İzgi helikopterlərin istifadə müddətinin nə qədər çox olmasının önəm kəsb etmədiyini deyib:

“Aviasiya vasitələri vaxtında təmir olunarsa, onlar uzun müddət istifadə edilə bilər. Xüsusilə də motorları dəyişdirilibsə, onun yaşı önəm deyil. Bu baxımdan hesab edirəm ki, qəzanın əsas səbəbi əlverişsiz hava şəraitidir. Helikopterin ani duman içində qalması vəziyyəti olduqca çətinləşdirib. Düşünün ki, 150 kilometr sürətlə gedən avtomobilin şüşələri bir anda ağ dumanla əhatələnir. Belə olanda pilotun nə hiss etdiyini anlamaq mümkündür. Bütün bunlar pilotun psixologiyasına da təsirsiz ötüşmür. O belə bir vəziyyətdə harada olduğunu və həmin həyəcanla nə edəcəyini bilmir”.

"Əgər helikopter havada vurularaq yerə düşmüş olsaydı və ya havada partlayış baş versəydi, onun yerdəki parçaları bir neçə yüz metr, hətta kilometr əraziyə dağılmış olardı. Lakin qəza yerindən yayımlanan görüntülərə baxanda helikopterin motoru ilə gövdəsi arasındakı məsafə bir neçə metrdir. Yəni, bu görüntülər bizə helikopterin qəza nəticəsində yerə çırpıldığını deməyə imkan verir. Eyni zamanda ölənlərin də bədənlərinin parçalanmadığını müşahidə edirik. Əgər yuxarıda bir partlayış olsaydı və ya helikopter vurulsaydı, insan bədəninin hissələrinin yüzlərlə metr əraziyə dağıldığının şahidi olardıq", - A.İzgi vurğulayıb.

Verilişdə helikopter qəzasının necə baş verməsi ilə əlaqədar mülahizələr irəli sürülüb və mövzu barədə müzakirələr davam etdirilib.

Prezident İlham Əliyev Bakıda COP29-la bağlı keçirilən beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanlayıb - VİDEO

Xəbər xətti

Aİ-nin yeddi ölkəsi büdcə intizamı prosesinə daxil olacaq
Aİ-nin yeddi ölkəsi büdcə intizamı prosesinə daxil olacaq
09:45 20.06.2024
DİQQƏT! Bakının bu rayonunda qaz olmayacaq
09:35 20.06.2024
Bakıda tətildən sonra yenə tıxac başladı
09:30 20.06.2024
DTX əməliyyat keçirdi: Kibercinayətkar şəbəkə ifşa olundu
09:25 20.06.2024
Azərbaycan nefti BAHALAŞDI
09:20 20.06.2024
Sabahdan müəllimlərin sertifikatlaşdırılması imtahanı başlayır
09:00 20.06.2024
Bu gün Ümumdünya Qaçqınlar Günüdür
00:03 20.06.2024
Ermənistan KTMT-nin iclasında iştirak ETMƏYƏCƏK
Ermənistan KTMT-nin iclasında iştirak ETMƏYƏCƏK
23:29 19.06.2024
UEFA Albaniya milli komandasını cərimələyib
23:00 19.06.2024
Türkiyədə PUA-lar üçün xüsusi hava dəhlizləri yaradılır
22:29 19.06.2024
İtaliya səfiri vizaların verilməsində gecikmələrlə bağlı məsələyə münasibət bildirib
İtaliya səfiri vizaların verilməsində gecikmələrlə bağlı məsələyə münasibət bildirib
22:00 19.06.2024
Azərbaycan və NATO-nun mütəxəssisləri “C-130 Hercules” bölməsinin icra səviyyəsini qiymətləndiriblər
Azərbaycan və NATO-nun mütəxəssisləri “C-130 Hercules” bölməsinin icra səviyyəsini qiymətləndiriblər
21:38 19.06.2024
Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı COP29-a hazırlıqla əlaqədar Azərbaycana səfər edəcək
21:23 19.06.2024
Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun iclasında İrəvanla normallaşma prosesi müzakirə olunub
21:00 19.06.2024
Ermənistan Fransadan 36 “Caesar” özüyeriyən silah alıb
20:28 19.06.2024
Seyid Əzim Şirvanini dindarlar öldürmüşdü? - Maraqlı faktlar
20:00 19.06.2024
Türkiyə-Azərbaycan Universitetinə qəbul qaydaları bu tarixdə açıqlanacaq
19:32 19.06.2024
Həcc ziyarəti zamanı 577 zəvvar həyatını itirib
19:00 19.06.2024
Husilərin Qırmızı dənizdə vurduğu yük gəmisi batıb
Husilərin Qırmızı dənizdə vurduğu yük gəmisi batıb
18:33 19.06.2024
Ağabala Ramazanov futbolçu karyerasını başa vurub
18:00 19.06.2024
İsveç parlamenti ABŞ ilə müdafiə sazişini təsdiqləyib
17:34 19.06.2024
Yaponiya Rusiyaya minik avtomobillərinin tədarükünü 22% azaldıb
17:00 19.06.2024
Rusiya XİN: Fransa Ermənistana silah satmaqla Cənubi Qafqazda növbəti eskalasiyanı təhrik edir - VİDEO
16:39 19.06.2024
Rəsmi Bakıdan Ermənistan XİN-ə cavab: Sülhpərvər ölkə imici yaratmaq siyasi manipulyasiyadır
16:18 19.06.2024
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək
16:00 19.06.2024
"Bakmil" stansiyasına hərəkət cədvəli yenilənib
15:31 19.06.2024
Azərbaycan və BƏƏ qarşılıqlı investisiya qoyuluşunu kəskin artırıblar
15:01 19.06.2024
Şimali Koreya lideri: Rusiya ilə strateji əməkdaşlığı gücləndirmək niyyətindəyik
Şimali Koreya lideri: Rusiya ilə strateji əməkdaşlığı gücləndirmək niyyətindəyik
14:30 19.06.2024
Həbib Mikayıllı: COP29 iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli təsir göstərəcək
14:00 19.06.2024
Rusiya və KXDR hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıb - YENİLƏNİB
13:40 19.06.2024
Tramp Bayden administrasiyasını “faşist rejim” adlandırıb
Tramp Bayden administrasiyasını “faşist rejim” adlandırıb
13:35 19.06.2024
Qazaxıstanda KTMT XİN başçıları Şurasının iclası keçiriləcək
Qazaxıstanda KTMT XİN başçıları Şurasının iclası keçiriləcək
13:00 19.06.2024
Rusiya BMT Baş Assambleyasında neokolonializmlə mübarizə üzrə qətnamə hazırlayır
12:44 19.06.2024
Yalçın Rəfiyev: COP29 komandası iyulda iqlim dəyişikliyi ilə mübarizə mövzusunda seminar keçirəcək
12:22 19.06.2024
ÜST-nin Baş direktoru: İqlim tədbirləri hər il milyonlarla insanın həyatını xilas edə bilər
12:00 19.06.2024
Hikmət Hacıyev: Mina hadisələrinə görə Ermənistan məsuliyyət daşıyır
11:51 19.06.2024
Prezidentin köməkçisi: Azərbaycanda COP29-a hazırlıq işləri intensiv şəkildə davam etdirilir
11:41 19.06.2024
COP29-un prezidenti: Bütün fikirləri eşitməli və ümumi həll yolları tapmalıyıq
11:35 19.06.2024
Hikmət Hacıyev: Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik - VİDEO
11:23 19.06.2024
Vaşinqtonda Azərbaycanın COP29-a sədrliyinə dair tədbir keçirilib
11:00 19.06.2024
Hamısı