“İndi Afrikanın sülh quruculuğu gücünü ortaya çıxarmağın vaxtıdır. Sülh isə Afrikanın gələcək rifahını təmin etməyin və qitənin qlobal miqyasda səsini və təsirini gücləndirməyin açarıdır”.
Ednews xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının iclasında bildirib.
O, Afrikanı qlobal əmin-amanlıq üçün mühüm amil adlandırıb və qitənin parçalanmış dünyada birlik və həmrəylik nümayiş etdirdiyinə dair misallar gətirib: “Yoxsulluğa və aclığa son qoyulması, qaçqınların dəstəklənməsi, davamlı inkişafa nail olunması və onilliklər boyu mövcud olan qlobal maliyyə sistemində islahatlar dünyanın mühüm hissəsi olan Afrikanı tərəqqi yoluna çıxara bilər”.