Aprel ayında İspaniyanın Kanar adalarında keçirilən etiraz aksiyasında turistlərə qarşı qaldırılan pankartda “Mənim torpağıma hörmət edin” yazılıb.
Ednews bbc.com-a istinadən xəbər verir ki, yay ayları yaxınlaşdıqca, Barselona, Malaga və Afina kimi Avropanın turistlər tərəfindən sevilən digər şəhərlərində də oxşar etiraz aksiyaları keçirilib.
Bu etiraz aksiyalarında turistlərdən, ümumiyyətlə, öz mədəniyyətlərinə hörmət etmələri, təbiəti qorumaq, çimərlikdə spirtli içki şüşələri qoymamaları istənilir.
BBC-nin müxbiri Laura Halla görə, turistlərdən yerli iqtisadiyyatı artıracaq şəkildə alış-veriş etmələri və hörmətli davranmaları xahiş olunur.
İngilis turistlərə ünvanlanan əsas tənqidlərdən biri olduğu kimi, çox spirtli içki qəbul etdikləri üçün mədəniyyətlərinə hörmət etməyən davranışlara dözə bilməyəcəkləri ifadə edilir.
Xəyal