İsrail höküməti öz ərazisində və Fələstində fəaliyyət göstərən BMT agentliklərinə məhdudiyyətlər qoymağı nəzərdən keçirir.
Ednews xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazır.
Buna səbəb İsrail hakimiyyət orqanlarının keçən həftə BMT-nin hesabatında İDF-nin (İsrail silahlı qüvvələri) münaqişə zonalarında uşaqlara zərər vuran qurum kimi göstərilməsi olub.
Qeyd edək ki, İsrail rəhbərliyinin mümkün hərəkətləri arasında BMT əməkdaşları üçün vizaların uzadılmasından imtina, yüksək rütbəli məmurların boykot edilməsi və hələ 1948-ci ildə yaradılmış BMT-nin atəşkəs rejiminə nəzarət orqanı da daxil olmaqla, ölkədəki bütün missiyaların fəaliyyətinin məhdudlaşdırılması var.
Əkbər Novruz