“Ukrayna qoşunlarını Donetsk, Luqansk, Xerson və Zaporojye ərazilərindən çıxarmalı, NATO-ya üzvlükdən imtina etməlidir”
Ednews xəbər verir ki,bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı şərtləri açıqlayarkən deyib.
Rusiya Xarici İşlər Nazirliyində danışan Kreml başçısı bildirib ki, Ukrayna qoşunları inzibati sərhədlər daxilində Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ərazilərindən tamamilə çıxarılmalıdır:
“Bundan əlavə, Ukrayna NATO-ya üzv olmaqdan imtina etdiyini bildirməlidir”.
Putinin sözlərinə görə, bu şərtlər yerinə yetirilərsə, Rusiya “dərhal” atəşkəsi dayandıracaq.
O vurğulayıb ki, Rusiyanın təklifinin mahiyyəti müvəqqəti barışıqdan ibarət deyil:
“Söhbət münaqişənin dondurulmasından yox, onun başa çatmasından gedir”.
“Biz istərdik ki, həm qoşunların çıxarılması, həm NATO-ya qoşulmama statusu, həm də Ukraynanın gələcək mövcudluğunun asılı olduğu Rusiya ilə dialoqun başlanması ilə bağlı qərar olsun. Baxmayaraq ki, bununla bağlı böyük şübhələr var”, – deyə Putin bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski keçən ay demişdi ki, tək məqsədi onları məhv etmək olan bir adamla danışıqlar masasına otura bilməz.
Əkbər Novruz