Bildirilib ki, Çin sahil mühafizə gəmiləri Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqı ətrafında Yaponiyanın milli ərazi sularını pozub.
Ednews bu barədə Okinava əyalətinin Naha rayonunda yerləşən 11-ci Region Sahil Mühafizəsi Qərargahının verdiyi açıqlamaya istinadən xəbər verir ki, Çinin 3 sahil mühafizə gəmisi Yaponiya ərazi sularına daxil olub.
Yaponiya Sahil Mühafizəsi arxipelaqın Tayşo və Minamikojima bölgələrinə daxil olan və oradakı Yapon balıqçı gəmilərinə yaxınlaşan Çin gəmilərinə xəbərdarlıq edib.
Xəbərdarlıq və qabaqlayıcı tədbirlərdən sonra Çin gəmiləri bölgəni tərk edib. Bildirilib ki, sözügedən pozuntu bu il eyni arxipelaq ətrafında 21-ci dəfə baş verib.
Yaponiyanın "Senkaku" və Çinin "Diaoyu" adlandırdığı arxipelaq Şərqi Çin dənizində, Çinin şərq sahillərində və Yaponiyanın cənub-qərb sahillərində yerləşir.
5 ada və 3 qayadan ibarət olan, Yaponiyaya məxsus olan və Çinin iddia etdiyi kimsəsiz bölgə uzun müddətdir ki, suverenlik mübahisələrinə səbəb olur.
Xəyal