Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ-nin 45-ci prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdindən təsirləndiyini açıqlayıb.
Ednews xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Çin Donald Trampın güllələnməsindən narahatdır”, - açıqlamada deyilir.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.