Son 48 saatda 320-dən çox fələstinli həlak olub.
Ednews CNN-ə istinadən xəbər verir ki, Qəzza Hökumətinin Media Ofisinin ötən gün verdiyi açıqlamaya görə, 320-dən çox ölü və ya yaralı fələstinli 48 saat ərzində ciddi yanıq xəsarətləri ilə Qəzza xəstəxanalarına gətirilib.
"Ölənlər və yaralıların böyük bir qismi xəstəxanaya üçüncü dərəcəli yanıqlar ilə gətiriliblər", - Qəzza Hökumətinin Media Ofisi bildirib.
Hadisə, həftə sonu İsrail qüvvələrinin Qəzzaya bir neçə ardıcıl irimiqyaslı hücumundan sonra baş verib.
Ötən yüzlərlə insanın sığındığı Qəzzanın mərkəzindəki məktəbə iki raket hücumu nəticəsində ən azı 22 nəfər həlak olub.
A. Mikayıl