Çinin Rusiya ilə ticarəti o qədər çətinləşir ki, ödənişlər yarım il çəkə bilər və əksər bank köçürmələri geri qaytarılır.
Ednews rusturk.com-a istinadən xəbər verir ki, Rusiyadan Çinə ticarət ödənişlərinin rəsmiləşdirilməsi altı aya qədər vaxt aparır. Çin bankları Qərbin sanksiyalarının təsirindən qorxaraq uyğunluq yoxlamalarını gücləndirir.
“Kommersant”a danışan şirkət rəsmisi bildirib ki, Çin bankları onlara heç bir sual vermədən ödənişləri 30-40 gün gözləməkdə saxlayıb, sonra isə geri qaytarıblar.
Xəbərə görə, bəzi hallarda çinli ixracatçılar bankların razılığı olmadığı üçün rusiyalı həmkarlarından 5-6 ay ərzində ödəniş ala bilmirlər.
Xəyal