Olimpiadanın bitməsi ilə Braziliya öz reallığına geri döndü.
"Eurasia Diary" xarici mətbuata istinadən xəbər verir ki, cümə axşamı Braziliya senatı prezident postundan kənarlaşdırılmış Dilmu Russeffin impiçmentinə başlayıb. Avqustun 30-da Federal senat yekun səsvermə üçün plenar müşavirə keçirəcək, "Dilmu Rousseffi prezident vəzifəsindən azad etmək lazımdırmı və ya yox" sualı ilə seçicilərə müraciət ediləcək.
Ali Məhkəmənin rəhbəri Rikardo Levandovskinin sədrliyi ilə keçən birinci sessiya zamanı Ruseffə qarşı sürülən ittihamlar dinlənib. Braziliyanın birinci qadın prezidenti büdcə qanunvericiliyinə riayət etməməkdə ittiham edilir. Ruseff özü iş həftəsinin başlanğıcında 81 senatorun qarşısında duracaq və özünü müdafiə edəcək. İttihamçılar və dövlət rəhbərinin müdafiəçiləri ona suallar verəcəklər.
Suallar və senatorların çıxışları bütovlükdə 20 saata qədər uzana bilər. Bütün bu mərhələlər bitdikdən sonra senatorlar səsverməyə başlayacaqlar. Levandovski iddiasına görə, bu prosedurun real müddəti hələki məlum deyil. Mütəxəssislər qeyd edirlər ki, avqustun 30-u və ya 31-I prosedur baş tuta bilər. Son səsvermədə isə 81 senatorun hamısı iştirak edəcək.
Əgər onlardan 5-ü impiçmentə səs verəcəksə, onda Rousseff prezident postunu tərk edəcək və ona 8 il dövlət qulluğunda işləmək qadağan ediləcək. Əks təqdirdə isə o, 2018-ci ilədək prezident postunda qalacaq.