İranda keçirilən növbədənkənar prezident seçkisindən sonra ölkə həbsxanalarında azı 87 nəfər edam olunub.
Ednews “Radiofarda”ya istinadən xəbər verir ki, bunu Norveçdə yerləşən İran İnsan Hüquqlarını Müdafiə Təşkilatının başçısı Mahmud Əmiri Müqəddəm bildirib.
Təşkilatın sədri bildirib ki, İran hökuməti beynəlxalq ictimaiyyətin diqqətini İran-İsrail gərginliyinə yönəltməsindən sui-istifadə etməklə kütləvi şəkildə edam hökmləri həyata keçirir. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət dərhal reaksiya verməsə, qarşıdakı aylarda yüzlərlə məhbus "İslam Respublikasının qətl maşınının qurbanı" olacaq.
O, vurğulayıb ki, ötən gün təkcə bir gündə qeyri-siyasi cinayətlərdə günahlandırılan ən azı 20 nəfərin ölüm hökmü həyata keçirilib.
Əkbər Novruz