İran tezliklə sərhədlərinə divar çəkəcək.
Ednews "İSNA"ya istinadən xəbər verir ki, İran Sərhəd Qoşunlarının komandiri general Əhməd Əli Qudərzi ölkə sərhədlərinə divar çəkilməsi layihəsinin son vəziyyəti barədə deyib:
“Biz son iki ildə sərhədlərə divar çəkilməsi üçün dövlət büdcəsindən 3 milyard avronun ayrılmasını təklif etmişik və bu məbləğ Daxili İşlər Nazirliyində təsdiqlənib. Ali Milli Təhlükəsizlik Şurası da məsələnin icrasını İran Silahlı Qüvvələrinin Baş Qərargahına həvalə edib”.
Əkbər Novruz