Ednews FAS qəzetinin hökumət mənbələrinə əsaslanaraq verdiyi xəbərdə Almaniya hökumətinin hazırkı büdcə planlaması çərçivəsində Ukraynaya yardımı kəsəcəyi və yeni vəsait ayrılmadığı bildirilib.
Ednews FAS qəzetinə istinadən xəbər verir ki, sözügedən ixtisarın Almaniya hökuməti və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən xərcləri azaltma tədbirləri çərçivəsində edildiyi qeyd olunub.
Almaniya kansleri Olaf Şolzun göstərişinə əsasən, artıq təsdiqlənmiş materialların tədarükün davam etdiriləcəyi, lakin Almaniya Müdafiə Nazirliyindən əlavə sorğuların təsdiqlənməsinə ehtiyac qalmayacağı bildirilib.
Tələb Almaniyanın müdafiə naziri Boris Pistoriusa maliyyə naziri Kristian Lindner tərəfindən avqustun 5-də göndərilən məktubla çatdırılıb.
Qəzet qeyd edib ki, Ukraynanın vəziyyəti yaxın gələcəkdə daha da pisləşə bilər , çünki planlaşdırılan hərbi dəstək gələn il demək olar ki, yarıya enəcək və 2027-ci ildə mövcud həcmin onda birindən az olacaq.
Xəyal