ABŞ-nin dron istehsalçısı “Skydio” Pekinin sanksiyaları səbəbindən Çindən gələn komponentlərin çatışmazlığı ilə üzləşib.
EDnews xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Vurğulanıb ki, şirkət Ukraynaya da dron tədarük edir və yaranan problem səbəbindən sözügedən məsələdə ləngimə yaşanıb.
Xatırladaq ki, Çin ABŞ-nin Tayvanı silahla təhciz etməsindən sonra ABŞ-ın silah istehsal edən bəzi şirkətlərinə sanksiya tətbiq edib.