Almaniya kansleri Olaf Şolz Avropa Siyasi Birliyinin (APC) Budapeştdə keçirilən sammitində jurnalistlərlə söhbətində deyib:
“Biz təhlükəsizliyimizi təmin etmək üçün birlikdə çalışırıq. Biz Avropa İttifaqı, avropalılar olaraq təhlükəsizliyimiz üçün birlikdə nə lazımdırsa, etməliyik”, - kansler vurğulayıb.
Şolzun sözlərinə görə, təhlükəsizlik sahəsində işlər Aİ və ABŞ arasında transatlantik əməkdaşlıq çərçivəsində, eləcə də Şimali Atlantika Müqaviləsi kontekstində aparılır.
Xatırladaq ki dünən Macarıstanın baş naziri Viktor Orban Avropa liderlərinin Trampın qələbəsindən sonra Ukraynadakı münaqişənin həllinə keçmək barədə düşünməyə başladıqlarını demişdi.
EDnews