İsrail ordusunun Qolan təpələrindən Suriya ərazisinə girməsi təhlükəsizlik boşluğu səbəbindən müvəqqətidir.
EDnews xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller belə açıqlama verib. O bildirib ki, hər bir ölkənin terror təşkilatlarına qarşı hərəkətə keçmə haqqı var. Millerin sözlərinə görə, Suriyada Baas rejiminin devrilməsindən sonra Bəşər Əsədə sadiq rejim qüvvələri İsrail-Suriya sərhədindəki mövqeləri tərk edib və burada İsraili və vətəndaşlarını təhdid edəcək terror təşkilatları tərəfindən doldurula biləcək boşluq yaranıb. İsrail isə öz növbəsində bu ərazilərin nəzarətdən çıxmaması üçün müvəqqəti olaraq mövqelərə yerləşib.