"EDnyus" xəbər verir ki, iddia ilə nüfuzlu "The Hill" qəzeti çıxış edib. Məqalədə qeyd edilib ki, xüsusilə Fransada vəziyyət həddən artıq gərgindir. Emmanuel Makronun Fransasında mərkəzçi Fransua Bayrunun baş nazir təyin edilməsinə baxmayaraq, hakimiyyət hər iki cinahdan təhlükə altındadır. "İfrat sağçılar və ifrat solçular dövlətin praktiki idarə edilməsi ilə maraqlanmırlar. Onlar Makronun kövrək gündəliyinə qarşı qoç kimi döyüşürlər. Pensiya islahatları məqsədinə çatmayıb, büdcədə qarışıqlıq var və xalqı narahatlıq bürüyüb", - deyə "The Hill" qeyd edir.
"Fakt budur ki, Avropanın bir sıra ölkələrində siyasi böhranlar hələ də davam edir. Xüsusən də Fransa və Almaniya ilə bağlı bədbin proqnozlar , Avropa İttifaqının (Aİ) gələcəyini şübhə altına salır. "Daxili eroziya blokun təməlini içəridən sarsıdır - populizm dalğası Avropada "birlik və tərəqqi eksperimenti"ni məhv edə bilər"-məqalədə qeyd olunub.