Pan Gi Mun Braziliya senatının prezident Dilma Rouseffin impiçmentinə qərar verməsi və yeni prezident Mişel Temerin hakimiyyətə gəlməsinə münasibət bildirib.
"Eurasia Diary" xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Mun yeni prezident Temerə işində uğurlar arzu edib.
Baş katibin verdiyi bəyanatda qeyd edilir ki, prezident Temerin rəhbərliyilə Braziliya və Birləşmiş Millətlər Təşkilatı arasındakı sıx tərəfdaşlıq bundan sonra da davam edəcək.
BMT baş katibi daha sonra prezident Rousseffə BMT qarşısında öhdəliyinin yerinə yetirilməsi və göstərdiyi dəstəyə görə təşəkkür edib.