Venesuelanın paytaxtı Karakasda prezident Nikola Maduronun istefası üçün yüz minlərlə insan aksiyaya qoşulub.
"Eurasia Diary" xəbər verir ki, Maduronu ölkə iqtisadiyyatının zəifləməsində günahlandırırlar. Maduronun prezident səlahiyyətlərinin müddətini azaltmaq üçün referendumun keçirilməsi gecikir.
Maduranın əleyhdarları və tərəfdarları küçələrə axışıblar.
Müxalif liderlərdən Jesus Torrealba "Dünyaya Venesuelanın əhəmiyyətini və xalqın dəyişiklik istədiyini göstərdik" deyib.
Ölkədə müxalifətçilər iki ildir ki, Maduronun istefası tələbilə mitinq keçirir. Hökumət isə müxalifəti siyasi çevriliş etməyə çalışmaqda günahlandırır.
Müxalifətlə eyni saatlarda Karakasın mərkəzində mitinq təşkil edən Dövlət Başçısı Maduro meydan iştirakçılarına müraciət edərək, "Müxalifət xalqı qorxutmaq istədi, amma insanlar buraya gəlməyi üstün tutdu" deyə bildirib.
Qeyd edək ki, Venesuelada 17 ildir sosialistlər hakimiyyətdədir.