ABŞ xüsusi xidmət orqanları 2003-cü ildə “Əl-Qaidə” terror təşkilatının üzvlərinin Vaşinqtonda atom partlayışı törətmək planını ən real ssenarilərdən biri sayıb.
Bu barədə “Daily Beast” nəşri məlumat yayıb.
Milli Təhlükəsizlik Agentliyinin əməkdaşları atom bombasının tətbiq ediləcəyi mümkün yeri də müəyyənləşdiriblər. Energetika Nazirliyi isə xüsusi qurğularla ABŞ-ın böyük şəhərlərində radioaktiv şüalanma səviyyəsini ölçüb.