Hillari Klinton ABŞ prezidenti olaraq xidmət göstərmək üçün "sağlam və yararlıdır". Bu sözləri Klintonun həkimi deyib.
Klintonun kampaniyasının yaydığı məlumatda deyilir ki, Demokratlar partiyasından prezidentliyə namizəd pnevmoniya diaqnozundan sonra "sağalmaqdadır".
Bundan əvvəl isə onun respublikaçı rəqibi Donald Tramp sağlam olması barədə həkim rəyini açıqlayıb.
Klintonun köməkçiləri deyib ki, o kampaniyasını cümə axşamı günündən davam etdirəcək.
Qeyd edək ki, ötən həftə sonu 68 yaşlı Hillari Klinton 11 sentyabr hadisələrinə həsr olunmuş mərasimdə səhhətində yaranan problemə görə, iştirakını yarımçıq qoymalı olub.