Sudanın Kesla, Mavi Nil və Nil Çayına yaxın əyalətlərdə 416 nəfərdə ishal müşahidə edilib. Onlardan 17-si həyatını itirib.
"Eurasia Diary" xəbər verir ki, Sudanın Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, Kesla, Mavi Nil və Nil Çayının əyalətlərində son 3 həftədə, 416 nəfərdə ishal müəyyən edilib.
Avqustun 17-dən etibarən 17 nəfər ishal xəstəliyindən dünyasını dəyişib.