Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ prezidentliyinə namizəd Hillari Klinton ilə görüşüb.
Bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko özünün “Tvitter” səhifəsində yazıb.
P.Poroşenko BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.
Qeyd edək ki, Baş Assambleyanın sessiyasında iştirak etmək üçün Nyu-Yorka 130 dövlət və hökumət başçısı, 50 XİN rəhbəri səfər edib.