Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan dünya ictimaiyyətini FETÖ ilə mübarizə aparmağa çağırıb. Ərdoğan BMT üzvlərinə ünvanlanan bu çağırışı təşkilatın Baş Assablayasının iclasında çıxışı zamanı edib.
“Çevriliş cəhdi baş verən gecə 241 nəfər ölüb. Parlament, polis binalarına FETÖ-nün nəzarətində olan F-16 qırıcıları tərəfindən zərbələr endirilib. Dinc sakinlərə atəş açıblar. Çevriliş cəhdinin qarşısı mərd vətəndaşlarımız tərəfindən alındı. Bu gün mən türk xalqının igidliyi hesabına sizin qarşınızda dururam. Bizim gələcəyimiz naminə mən BMT-nin bütün ölkələrini bu təşkilatla mübarizəyə çağırıram. Biz bunu bu gün etməsək, sabah artıq gec olacaq. BMT ölkələri məhz bu təşkilata görə təhlükə altındadırlar”, - deyə Ərdoğan çıxışında bildirib.
“FETÖ bir çox ölkənin bütün orqanlarına daxil ola bilib”, - deyə Ərdoğan qeyd edib.