"Express" in yazdığı məlumata görə, yenicə aparılmış rəy sorğusundan almanların 57 faizi ölkələrinin "islamlaşacağından" narahatlıq keçirdiyi məlum olub.
Almaniyada keçirilmiş yerli seçkilərdə kansler Angela Merkelin partiyası uğursuzluğa düçar olub. Bəzi təhlilçi bunun səbəbini xanım Merkelin miqrantlar üçün "açıq qapılar siyasəti" yürütməsində görürlər.
Maraqlıdır qadınların 61, kişilərin isə 51 faizi bundan narahatdır.
Bu da bəlli olub ki, islamlaşmadan narahatlıq keçirənlər həm dindar xristianlar, həm də ateistlərdir.
Buna baxmayaraq islamlaşmadan ən az narahat olanlar 18-24 yaş kateqoriyasına aiddir.
Bunların yalnız 30 faizi Almaniyanın daha çox İslam dövlətinə çevriləcəyindən narahatlıq keçirir. Lakin yaşı 45-dən çox olanların dörddə üçü islamlaşma təhlükəsini real hesab edir.
Başqa nəticələrə görə hər 10 almandan 6-sı miqrantların özləri ilə cinayət və terror gətirdiyinə inanır. Yəhudilər arasında isə hər 10 nəfərdən 9-u qorxu hissi keçirdiyini deyib.
Bu yaxınlarda Almaniyada keçirilmiş yerli seçkilərdə kansler Angela Merkelin partiyası uğursuzluğa düçar olub. Təhlilçilər bunun səbəbini xanınm Merkelin miqrantlar üçün açıq qapılar siyasəti yürütməsində görürlər.
Bu, elektoratı daha çox ifrat sağçı partiyalara meylləndirib.
Angela Merkelin xristian demokratlar partiyasının parlament seçkilərində məğlub ola biləcəyindən narahatlıq var.
"Express" yazır ki, 2014-cü ildən bəri ifrat sağçı təşkilatların tərəfdarları tərəfindən törədilmiş zorakılıq cinayətləri 42 faiz artıb.
Bu müddət ərzində qaçqın düşərgələrinə 75 odvurma aktı qeydə alınıb.