CNN ABŞ Prezidenti Donald Trampın İranla razılaşmanın yaxın olduğu barədə açıqlamalarını təhlil edərək onun bu fikri azı 37 dəfə səsləndirdiyini bildirib.
EDnews xəbər verir ki, CNN telekanalı ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamalarını təhlil edib.
Telekanalın məlumatına görə, Tramp ən azı 37 dəfə İranla razılaşmanın yaxın olduğunu deyib.
CNN qeyd edir ki, ABŞ Prezidenti bu fikri həm sosial media paylaşımlarında, həm ictimai çıxışlarında, həm də media nümayəndələri ilə söhbətlərində dəfələrlə səsləndirib.
Məlumata görə, bu açıqlamalar ilk dəfə martın 23-dən etibarən gündəmə gəlib.
Telekanal bildirir ki, Tramp son olaraq Vaşinqton və Tehranın “iki həftə ərzində razılaşma əldə edə biləcəyini” deyib.
CNN-in dəyərləndirməsinə əsasən, bu bəyanatlar maliyyə bazarlarına təsir məqsədi daşıya, optimist yanaşmadan irəli gələ və ya real diplomatik gözlənti ilə bağlı ola bilər.
Bununla belə, telekanal hesab edir ki, Trampın İranla razılaşmanın yaxın olduğu barədə təkrarlanan iddiaları artıq əvvəlki kimi ciddi qəbul edilməyə bilər.





.png)

.jpg)