Macarıstan Milli Parlamentinin saytında dərc olunan gəlir bəyannamələri Madyarın Orbandan daha böyük maliyyə aktivlərinə sahib olduğunu göstərib.
EDnews xəbər verir ki, bu barədə Macarıstan Milli Parlamentinin saytında dərc olunmuş gəlir bəyannamələrində məlumat yer alıb.
Məlumata görə, Madyar bir neçə investisiya fondunun qiymətli kağızlarına sahibdir.
Bunlar arasında OTP Bankının investisiya sertifikatları da var.
Onun investisiya aktivlərinin ümumi dəyərinin 197 min avro olduğu bildirilir.
Viktor Orbanın isə bank hesabında 25,6 min avro vəsait topladığı qeyd olunur.
Bu göstəricilər əsasında Magyarın maliyyə aktivlərinin Orbanın bank hesabındakı vəsaitdən daha çox olduğu ortaya çıxıb.




.png)


.jpg)