İsrailin baş naziri Binyamin Netanyahu ilə Avstraliya baş naziri Malkolm Turnbull BMT Baş Assambleyası üçün getdikləri Nyu-Yorkda bir araya gəliblər.
Avstraliyalı həmkarı Turnbulla İsrail baş naziri Netanyahu "Ölkəmizi Osmanlılardan xilas etdiyiniz üçün sizə borcluyuq", - deyib.
Netanyahunun Turnbullu İsrailə dəvət etdiyi görüş ilə əlaqədar olaraq İsrail baş nazirin ofisindən verilən yazılı açıqlamada Netanyahunun "Avstraliya əsgərlərinin etdiklərinə görə və ölkəmizi Osmanlılardan xilas etdiyiniz üçün sizə borcluyuq. Bu böyük bir hadisə olub. Güman edirəm tarixdəki son süvari hücumu bu idi", - deyə bildirilib.
Turnbull "Birussebini ziyarət edəcəm"
Açıqlamada Turnbullun cavab olaraq "Bəli, bu doğrudur. Son süvari hücumu Birüssebidə (Bier Şeva) baş verib. Ora səfər edəcəyəm", - bildirilib. Birüssebi ingilis ordusundakı Anzak süvari birliklərinin 1917-də təşkil etdiyi hücumdan sonra yaşanan müharibədən sonra Osmanlı İmperiyasının əlindən çıxıb. Bu tarixdən 1948-ə qədər ingilis əhbərliyinin idarəsində qalan şəhər bu gün İsrail sərhədləri daxilindədir.