AŞPA Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimin müəyyənləşdirilməsi məsələsinə baxacaq - YENİ SİYAHI | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


AŞPA Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimin müəyyənləşdirilməsi məsələsinə baxacaq - YENİ SİYAHI

Dünya A- A A+
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) Hakimlərin Seçilməsi Komitəsinin iclasında Azərbaycan tərəfindən təqdim olunan 3 hakimin namizədliyi məsələsinə baxılacaq.
 
AŞPA-nın verdiyi məlumata görə, iclas sentyabrın 29-30-da Parisdə keçiriləcək.
 
Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voytsex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.
 
Yekun qərarın oktyabr ayında AŞPA tərəfindən verilməsi gözlənilir.
 
Qeyd edək ki, bundan əvvəl AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.
 
Hazırda Azərbaycanın AİHM-dəki hakimi Xanlar Hacıyevdir.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...