ABŞ-a məxsus pilotsuz təyyarənin Əfqanıstanın şərqindəki Nanqarxar vilayətinə aviazərbə endirməsi nəticəsində azı 13 nəfər dinc sakin həlak olub, daha 14 nəfər isə xəsarət alıb.
Əməliyyat terrorçulara qarşı aparılıb. Amma yerli sakinlərə tuşlanmasının səbəbləri məlum deyil. Amerika ordusunun rəsmisi bildirib ki, hadisə araşdırılacaq.