Yaxşı yaşamaq üçün xarici ölkələrə qeyri-qanuni yolla getmək istəyən miqrantlarla dolu gəmi gəmi Misirin sahillərində batıb. Qəzada qurbanların sayı 202-yə çatıb.
Gəmidə Suriyadan, Sudandan, Somalidən, Eritreyadan və Misirdən olan 400-dən 600-ə qədər adam olub. Onların hər biri İtaliyaya getmək üçün iki min dollar pul ödəyiblər.
Qayığın həddən artıq yüklənməsi nəticəsində qəza baş verib. 164 nəfəri isə xilas etmək mümkün olub.