Türk Mədəniyyət və İrsi Fondu türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. "TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fondun prezidenti Günay Əfəndiyeva ilə görüşdə deyib.
Qeyd edək ki, G.Əfəndiyeva naziri fondun fəaliyyəti barədə məlumatlandırıb.
Nazir fondun türk dünyası tarixinin, mədəniyyətinin və sivilizasiyasının qorunmasında vacibliyini qeyd edərək bildirib ki, Türkiyə həmişə təşkilatın fəaliyyətini dəstəkləməyə hazırdır.