Bugün İstanbulda 23-cü Dünya Enerji Konqresi işə başlayıb.
“Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Venesuela Prezidenti Nikolas Maduro Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti ilə iştirak edirlər.
Azərbaycan və Türkiyənin birgə enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır.
"Eurasia Diary" - nin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində qeyd edib.
Dövlət başçısı qeyd edib: “Hörmətli xanımlar və cənablar, əziz dostlar! Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir. Bu rol getdikcə artır və Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır".