Bugün Kabilin cənub-qərbindəki Karte Çar rayonunda yerləşən məscidə hücum edilib. Bir gün ərzində məscidə ikinci hücum zamanı hədəf bu dəfə Çar Yar məscidi seçilib.
"Eurasia Diary" xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Sedik Sediki bildirib.
Onun bildirdiyinə görə, hadisə yerinə operativ şəkildə xüsusi təyinatlı dəstə gəlib.
Xatırladaq ki, hadisə nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.