"Eurasia Diary" - nin “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Vaşinqton və Moskva Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüşün təşkili üzərində işləyir.
İnformasiyaya görə, bunu Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak bildirib.
“Mən hələlik heç nəyi təsdiqləyə bilmərəm. İş gedir”, - Kislyak Lavrov- Kerri görüşünün oktyabrın 15-də baş tutub-tutmayacağına dair suala cavabında bildirib.
Xatırladaq ki, oktyabrın 5-də Lavrov və Kerri arasında telefon danışıq baş tutub. Siyasətçilər Suriyadakı vəziyyəti, Ukrayna böhranının nizamlanması və KXDR-lə bağlı BMT-dəki işi müzakirə ediblər.