ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampla bağlı daha bir sensasion məlumat yayılıb.
"Eurasia Diary" “New York Times”a istinadən bildirir ki, məlumatda Donald Trampın qadınlara cinsi təcavüz etdiyi iddia olunub.
Qeyd edək ki, 45 yaşlı Lids adlı xanım 38 yaşında olarkən Tramp tərəfindən təyyarədə təcavüzə məruz qaldığını söyləyib: “O, səkkizayaqlı ilbiz kimi idi. Əllərini bədənimin hər yerinə toxundururdu. Bu, mənə qarşı hücum idi”.
Bununla yanaşı, Lidsin bildirdiyinə görə, təyyarə havaya qalxdıqdan 45 dəqiqə sonda Tramp onun sinə nahiyəsinə toxunub və əlini onun ətəyinin altına keçirməyə çalışıb.
Bundan başqa, əmlak şirkətində resepşda çalışan 22 yaşlı Reycel Kroks da Trampın təcavüzünə məruz qaldığını iddia edib. Onun dediklərinə görə, prezidentliyə namizəd liftdə gözlənilmədən onun dodağından öpüb.
“Respublikaçı” prezidentin liftdə onun dodaqlarından öpdüyünü bildirib. Onun sözlərinə görə, hadisənin 2005-ci ilində baş verdiyini deyən Kroks buna görə çox üzüldüyünü söyləyib.
Bununla belə, Donald Trampın vəkilləri iddiaların yalan olduğunu, qadınların məhkəməyə veriləcəyini açıqlayıb.