"Eurasia Diary" “TASS”a istinadən xəbər verir ki, ABŞ prezidentliyinə Respublikaçılar partiyasından olan namizəd Donald Tramp seçicilərin dəstəyinə görə öz rəqibi Hillari Klintonu qabaqlayıb. Belə bir nəticəyə Rassmusenin sosioloji sorğu xidməti gəlib.
Məlumata görə, 10-12 oktyabr tarixlərində min beş yüzə yaxın seçicinin iştirakı ilə keçirilən növbəti sosioloji sorğu göstərib ki, Trampa 463%, Klintona 41% seçici rəğbət göstərir.
Qeyd edək ki, sorğuda iştirak edənlərin 84% artıq indidən kimə səs verəcəklərini dəqiqləşdirdiklərini bildiriblər.