"Eurasia Diary" - nin “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, İran ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün Yəmən sahilləri yaxınlığına hərbi gəmilərini göndərib.
Qeyd edək ki, təhlükəsizliyi təmin etmək “Buşəhr” və “Əlvəd” gəmilərinə həvalə olunub.
İnformasiyaya görə, “gəmilər Ədən Ədən körfəzi və Bab əl-Məndəb boğazının azad sularında müəyyən müddət ərzində ticarət gəmilərini təhlükəli rayonlarda dəniz quldurlarından mühafizə edəcəklər. Bundan sonra gəmilər Somali və Tanzaniyaya doğru yollanacaqlar və hava şəraitinin əlverişli olacağı təqdirdə Cənubi Afrika Respublikası istiqamətində hərəkət edəcəklər.
Xatırladaq ki, hazırda Yəmən sahillərində ABŞ gəmiləri də üzür.