"Eurasia Diary" -nin “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın Ermənistanı silahla təchiz etməsinin səbəblərinə açıqlama gətirib.
Belə ki, Rusiya Ermənistanın müttəfiqi olduğundan tərəfdaşları ilə razılaşdırdığı silah növlərini tədarük etmək hüququ var.
Bununla yanaşı, "burada heç kim üçün, o cümlədən azərbaycanlı tərəfdaşlarımız üçün gözlənilməz heç nə yoxdur. Bildiyiniz kimi Azərbaycana da silah tədarük olunur", - deyə Uşakov vurğulayıb.