"Eurasia Diary" -nin Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti Pyotr Poroşenko və Almaniya kansleri Anqela Merkel Fransa prezidenti Fransua Ollandın iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə dair razılığa gəliblər.
Qeyd edək ki, Rusiya tərəfinin görüşdə iştirak etməyəcəyi bildirilir.
Xatırladaq ki, Poroşenko və Merkel arasında keçirilən görüşdə Donbasdakı vəziyyət müzakirə olunub və təmas xəttində ATƏT-in daimi müşahidə məntəqələrinin yerləşdirilməsinin vacibliyi vurğulanıb.