"Eurasia Diary" İRNA agentliyinə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçrədə Suriyaya dair görüşdə iştirak edəcək. Bu barədə İran XİN-in sözçüsü Bəhram Qasimi bəyan edib.
Qeyd edək ki, “Xarici işlər naziri Məhəmməd Cavad Zərif Suriya ilə bağlı beynəlxalq konfransda iştirak etmək üçün Lozannaya səfər edəcək”, deyə B.Qasımi bildirib.
Xatırladaq ki, oktyabrın 15-də, Lozanna şəhərində keçiriləcək Suriya üzrə toplantıda ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı daxil olmaqla bir sıra region ölkələri, həmçinin BMT baş katibinin xüsusi elçisi iştirak edəcək.