"Eurasia Diary" - nin məlumatına görə, ABŞ vitse-prezidenti Co Bayden NBC telekanalına müsahibəsində bildirib ki, “ABŞ Rusiyanın kiber hücumlarını cavabsız qoymayacaq”.
O bəyan edib ki, “Biz istənilən kiber hücumlara müvafiq cavab verməyə qadirik" . "Onlar bunu gözəl bilirlər. Seçdiyimiz vaxtda, lazımi üsulla bunu həyata keçirəcəyik. Rusiyanın ABŞ-da prezident seçkilərinə təsir etmək imkanı yoxdur”, deyə C.Bayden bildirib.
Xatırladaq ki, ötən həftə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Rusiyanı seçkilərin nəticələrinə təsir etmək məqsədilə kiber hücumlardan istifadə etməkdə ittiham edib.