"Eurasia Diary" RİA "Novosti"yə istinadən məlumat verir ki, Myanmanın mərkəzi hissəsində Göyərtəsində 300-dən çox adamın olduğu bərə qəzaya uğrayıb.
İnformasiyaya görə, hadisə nəticəsində 14 nəfər həlak olub.
İnsident Çinduin çayında, bərə Homalin şəhərindən Mounyuaya tərəf gedərkən baş verib. Qəzadan sonra 154 nəfəri xilas etmək mümkün olub. Yerli hakimiyyət nümayəndələri ölənlərin sayının yüzə çata biləcəyindən ehtiyatlanır.
Qeyd edək ki, "Eleven Myanma" qəzetinin internet versiyası bərədə 250-dən çox adamın olduğunu və 100-dən çox adamın itkin düşdüyünü xəbər verib. Məlumata görə, 150-170 nəfərlik bərədə 250-300 arası adam olub. Belə ki, bərə sualtı maneəyə ilişərək çevrilib və batıb.