"Eurasia Diary" məlumat verir ki, Respublikaçılar partiyasından ABŞ-da prezident seçkilərinə namizəd Donald Tramp bildirib ki, ABŞ-da əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır. Bu barədə milliarder-namizəd öz şəxsi Twitter səhifəsində qeyd edib.
Bununla yanaşı, “Seçkilər dürüst olmayan və ədalətsiz KİV-lər tərəfindən pozulur, onları da Hillari Klinton dəstəkləyir. Eyni hal seçki məntəqələrində də baş verir. Bu üzücüdür”, - Trampın bəyanatında bildirilir.