"Eurasia Diary" -nin "112 Ukrayna" telekanalına istinadən verdiyi məlumata görə, Ukraynanın Donetsk şəhərində separatçıların liderlərindən biri öldürülüb.
İnformasiyaya görə, aşadığı evin liftində quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində separatçı “Donetsk Xalq Respublikası”nın liderlərindən biri, “Motorola” ləqəbli Arseniy Pavlov ölüb.
Qeyd edək ki, separatçılar hadisənin törədilməsində Ukraynanın xüsusi xidmət orqanlarını ittiham edirlər.